İsrailin "Rafael" müdafiə konserni yeni "SkySonic" raketini təqdim edib.
Teleqraf.com xəbər verir ki, raket son üç ildə hazırlanıb.
Yeni raket Le Burje aviaşousunda təqdim edilib.
Tərtibatçının sözlərinə görə, "SkySonic" səsdən 10 dəfə sürətlə uçan raketləri zərərsizləşdirməyə qadirdir.
Qeyd edək ki, iyunun əvvəlində İran hipersəs raketini təqdim etmişdi.