İranın Zahidan şəhərində etnik bəluclar cümə namazından sonra ənənəvi olaraq etiraz aksiyalarını keçiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, etirazçılar “Qeyri-fars millətlər öz ana dilində təhsil almağa, müstəqil siyasi partiyalara sahib olmağa və gələcəkləri üçün öz müqəddəratlarını təyin etməyə layiqdirlər”, “Şeyxə yox, şaha yox!” kimi şüarlar səsləndiriblər.
Xatırladaq ki, bəluclar aylardır ki, cümə günləri rejimə qarşı etiraz aksiyaları keçirirlər.