Türkiyənin ölümlə və 41 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Ərzincan vilayətində hava şəraitinin kəskinliyi və sürücünün ehtiyatsızlığı faciəli qəzaya səbəb olub.
Nəticədə sərnişin avtobusu yoldan çıxaraq aşıb və dərəyə yuvarlanıb. Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 41 adam müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə Ərzincan-Sivas magistralında qeydə alınıb. Yol buz bağladığından sürücü Ərzurumdan Mersinə gedən avtobusu idarə etməkdə ciddi çətinlik yaşayıb və qəzanın qarşısını almaq mümkün olmayıb.
Avtobusda 58 nəfər sərnişin olub.