24 İyun 2023 09:52
6 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” qrupunun lideri Yevgeni Priqojin Rostovdakı Cənub Hərbi Dairəsinin qərargahında Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovla görüşüb.

Teleqraf.com xəbər verir ki, “Vaqner” lideri Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovu və müdafiə naziri Sergey Şoyqunu yanına gətirilməsini tələb edir.

“Biz bura gəldik. Baş Qərargah rəisini və Şoyqunu almaq istəyirik. Onlar gedənə (istefa verənə) qədər biz buradayıq, Rostov şəhərini bloklayıb Moskvaya gedirik”, - Priqojin deyib.

“Vaqner” lideri Rusiya Müdafiə Nazirliyini hədələyib:

“Göndərdiyiniz hər şeyi vuracağıq. Çünki siz dinc əhalini güllələyirsiniz, mülki vətəndaşları məhv edirsiniz, sizin vicdanınız yoxdur”.

“Vaqner” lideri Rusiya Müdafiə Nazirliyini muzdlularına raket hücumunda ittiham edib. Nazirlik bunu yalanlayıb. Bundan dərhal sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Priqojinə qarşı silahlı qiyam təşkil etdiyinə görə cinayət işi açıb.

“Vaqner”çilər bu gün səhər Rostova daxil olublar. Priqojin iddia edir ki, onun muzdluları helikopterdən atəşə tutulub. O, Rusiya Müdafiə Nazirliyinin iki vertolyotunun vurulduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər