24 İyun 2023 10:57
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi “Vaqner” lideri Yevgeni Priqojinin qiyamının başlamasından 12 saat sonra qrupun döyüşçülərinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, müraciətdə döyüşçülərdən aidiyyəti qurumlara tabe olmağa çağırış yer alıb.

Rusiya Müdafiə Nazirliyi bəyan edir ki, “vaqnerçilər” Priqojinin cinayətkar macərasına aldanıblar.

Nazirliyin iddiasına görə, “Vaqner”in bəzi döyüşçüləri artıq kömək istəyiblər, onlar təhlükəsiz şəkildə daimi dislokasiya məntəqələrinə qayıtmaq istəyirlər.

“Sizdən ehtiyatlı olmağınızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, - müraciətdə deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər