24 İyun 2023 11:32
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin təşkil etdiyi qiyam genişlənir, bu səbəbdən ölkənin bir sıra şəhərlərində antiterror əməliyyatları başlayıb.

Teleqraf.com xəbər verir ki, Rusiya Milli Antiterror Komitəsi Moskva vilayətində antiterror əməliyyatı rejimi tətbiq edildiyini açıqlayıb.

“Moskva şəhəri və Moskva vilayəti ərazisində mümkün terror aktlarının qarşısını almaq üçün antiterror əməliyyatları rejimi tətbiq edilib”, - məlumatda deyilir.

Voronej şəhərində də eyni xüsusi rejim tətbiq edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər