Rusiya Prezidenti Vladimir Putin qiyamçıları cinayətkar fəaliyyətdə iştiraklarını dayandırmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə təcili televiziya müraciətində bildirib.
“Mən bu cinayətə (silahlı qiyama) cəlb olunanları ölümcül və faciəli, unikal səhvə yol verməməyə, yeganə düzgün seçim etməyə - cinayət əməllərində iştirakdan əl çəkməyə çağırıram”, - Putin deyib.