24 İyun 2023 11:57
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın taleyi indi həll olunur, bu, xalqın bütün qüvvələrini birləşdirməsini tələb edir və birliyi parçalamaq cəhdləri arxadan zərbədir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

“Xalqımızın taleyinin həll olunduğu bu döyüşdə bütün qüvvələrin birliyi, konsolidasiya və məsuliyyət tələb olunur, bizi zəiflədən hər şey, xarici düşmənlərimizin istifadə edib bizi daxildən sarsıtmaq üçün istifadə edə biləcəyi hər hansı fitnə bir kənara atılmalıdır. Buna görə də birliyimizi parçalayan davranışlar əslində xalqımızdan, indi cəbhədə vuruşan silahdaşlarımızdan dönüklükdür. Bu, ölkəmizin, xalqımızın kürəyinə vurulan bıçaqdır”, - dövlət başçısı qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu