Voronej vilayəti ərazisində “Vaqner” qrupunun bölmələri ilə hökumət qüvvələri arasında silahlı toqquşma gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb.
“Voronejin Verxniy Mamon qəsəbəsində partlayış səsləri eşidilir. Qəsəbə Rostovdan Voroneja gedən yoldadır”, - “Sota” Teleqram kanalı bildirir.
VÇQ-OQPU kanalının məlumatı isə belədir:
“Voronej vilayəti. Partlayışlar, atışmalar. Aviasiya “Vaqner” döyüşçülərinin hərəkət etdiyi M-4 magistralına zərbələr endirib”.