8 Yanvar 2015 07:41
1 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirlikləri "Ginnesin Rekordlar Kitabı"nda özünə məxsus olan daha bir rekordu yeniləyib. Bu ölkədə uzunluğu 5.52 kilometr olan qızıl boyunbağı hazırlanıb. Boyunbağı tezliklə sərgiyə çıxarılaraq, ictimaiyyətə təqdim olunacaq.

Çox yaxın zamanda bu yuvelir məmulatı “Ginnesin Rekordlar Kitabı”na girəcək. Bu barədə lenta.ru saytı yerli qəzet “The National”a istinadən xəbər verib. Nəşrin xəbərinə görə, boyunbağının çəkisi 256 kilo, məbləği isə 6 milyon dollardır.

Teleqraf.com-un məlumatına görə, onun hazırlanması üçün 45 gün boyunca 100 nəfərə yaxın adam çalışıb. Hazırlanma prosesində qızıl boyunbağı bir neçə dəfə qırılıb. Boyunbağıya Dubayın qədim hissəsində yerləşən və turistlər arasında populyar olan “Qızıl bazarı”nda baxmaq olar. Qızıl boyunbağı 1 fevrala qədər davam edəcək 20-ci Ticarət Festivalına az qalmış hazırlanıb.

Bu müddətdə ticarət mərkəzləri və mağazalarda alıcılara 70 faizlik endirimlər nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, dünyanın ən uzun boyunbağısı “Ginnesin Rekordlar Kitabı”na daxil ediləndən sonra onu hissələrə bölərək satacaqlar.

Hər hissənin üzərində unikal kod olacaq və bu kod onun dünyanın ən uzun boyunbağısının bir hissəsi olduğunu ifadə edəcək. Qolbağı və boyunbağıların qiyməti 1000 dollara yaxın olacaq.

Lenta.ru saytı xatırladır ki, bundan öncə BƏƏ-də hazırlanan ən uzun boyunbağının uzunluğu 4.28 kilometr olub. Вu hadisə 1999-cu ildə baş verib.


Müəllif: