Türkiyənin 18 vilayətində bir gün ərzində güclü qar səbəbi ilə dərslərin bir müddət dayandırılması qərara alınıb. Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.
Agentliyin məlumatına əsasən, qarla əlaqədar bəzi vilayətlərdə yollar bağlanıb, nəqliyyatın hərəkəti dayandırılıb.
Bundan öncə, yanvarın 6-da Türkiyənin 15 vilayətində güclü qar səbəbi ilə dərslərə fasilə verilib.