Rusiya Prezidenti Vladimir Putinin şəxsi təyyarəsi Moskvanı tərk edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Flightradar” saytı məlumat yayıb.
Rusiya mətbuatı yazır ki, Ramzan Kadırovun döyüşçüləri Çeçenistan liderinin əmri ilə “Vaqner” lideri Yevgeni Priqojinin başladığı hərbi qiyamın yatırılması üçün Rostov vilayətinə yollanıb.
“İlkin məlumata görə, rayona iki yüzə yaxın hərbçi göndərilib. Vəziyyət bütün idarələrin təhlükəsizlik qüvvələri tərəfindən nəzarətdə saxlanılır. İndi bütün qüvvələr şəhərin mərkəzində minalı baryerlər quran “vaqnerçilər”in zərərsizləşdirilməsinə yönəlib. Bütün vətəndaşlara evlərini tərk etməmələri və mümkün olduqda nəqliyyatla getməmələri tövsiyə olunur”, - məlumatda deyilir.
Saytda bildirilir ki, Rostovda yanacaqdoldurma məntəqələrində növbələr yaranıb, insanlar bol-bol və kütləvi şəkildə ərzaq alırlar.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov isə Putinin Kremldə iş başında olduğunu bildirib.