“Vaqner” lideri Yevgeni Priqojin ABŞ tərəfindən idarə olunur”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın “Russia Today” dövlət telekanalının baş redaktoru Marqarita Simonyan deyib.
“Şübhə yoxdur ki, qiyam və Priqojin ABŞ, Böyük Britaniya və ola bilsin ki, başqa bir Yaxın Şərq ölkəsinin kəşfiyyat xidmətləri tərəfindən əlaqələndirilir və idarə olunur”, - Simonyan bildirib.