24 İyun 2023 17:14
1 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığının təfərrüatları məlum olub.

Teleqraf.com xəbər verir ki, Putin Tokayevə ölkədə hərbi çevrilişə cəhd nəticəsində yaranmış vəziyyət barədə məlumat verib.

Kasım-Jomart Tokayev deyib ki, baş verənlər Rusiyanın daxili işidir.

“Konstitusiya quruluşu və qanunun aliliyi ölkədə hüquqi asayişin qorunmasının məcburi şərtidir. Bu, cəmiyyətin təhlükəsizliyinin və uğurlu inkişafının əsasıdır”, - Qazaxıstan liderinin mətbuat xidməti Tokayevin sözlərindən sitat gətirib.

Prezident Vladimir Putin Rusiyadakı vəziyyəti başa düşdüyünə görə Qazaxıstana təşəkkür edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər