İran rejimi Suriyanın Suriyanın Dəməşq, Hums, Deyr əz-Zor və Kuneytra şəhərlərində yerləşdirilən silahlılarını Hələbə istiqamətləndirib.
Teleqraf.com xəbər verir ki, silahlı müxaliflərin komandirlərindən biri polkovnik Yusif Həmud İran Prezidenti İbrahim Rəisinin Hələbə səfəri ilə bölgədə ciddi gəlişmənin yaşandığı və Tehranın açıq şəkildə müharibəyə hazırlaşdığını bildirib.
Həmud qeyd edib ki, müharibədən əvvəl 6 milyonluq əhalisi olan Yaxın Şərqin ən böyük istehsal mərkəzi olan Hələbin normallaşması qaçqınların geri qayıtması və Suriyanın sabitliyi üçün həyati əhəmiyyət kəsb edir.