“Vaqner”in texnikaları Lipetsk vilayətinin ərazisində hərəkət edir.
Teleqraf.com xəbər verir ki, bu barədə regionun rəhbəri İqor Artamonov özünün Teleqram kanalında məlumat verib.
“Xatırladıram ki, sakinlərə evlərini tərk etməmək və istənilən nəqliyyat vasitəsi ilə səyahət etməkdən imtina etmək qətiyyətlə tövsiyə olunur. Mən bütün narahatlıqları başa düşürəm, lakin mən sizdən bizə kömək etməyinizi və bu tövsiyələrə əməl etməyinizi xahiş edirik”, - deyə o yazıb.
O, həmçinin bildirib ki, bölgədə bütün təhlükəsizlik tədbirləri görülür.