26 İyun 2023 01:07
2 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Kəşmir nəzarət xəttində atəşkəs rejimini pozaraq əsassız atəş açması nəticəsində iki pakistanlı mülki vətəndaşın həlak olmasından sonra Pakistan Xarici İşlər Nazirliyi Yeni Dehliyə etiraz notası verib.

Teleqraf.com xəbər verir ki, XİN-in bəyanatında günahsız vətəndaşların hədəfə alınması qınanılıb.

Bəyanatda mülki şəxslərin hədəfə alınmasının insan ləyaqətinə və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb və Yeni Dehlidən atəşkəsə hörmətlə yanaşması, insidentin araşdırılması və nəzarət xəttində sülhün qorunması tələb edilib.

Pakistan ordusu Hindistanın Kəşmir nəzarət xəttində səbəbsiz yerə açdığı atəş nəticəsində 2 pakistanlı mülki vətəndaşın həlak olduğunu açıqlayıb.

Hindistan və Pakistan 2021-ci il fevralın 25-də Kəşmirlə bağlı 2003-cü ildə əldə edilmiş bütün atəşkəs razılaşmalarına mütləq riayət edilməsi barədə razılığa gəlmişdi. Anlaşma ABŞ-ın o zamankı prezidenti Corc Buşun təşəbbüsü ilə imzalanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər