Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiyadakı vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Teleqraf.com xəbər verir ki, toplantıda ölkənin əsas güc strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Qazaxıstan prezidenti hesab edir ki, Rusiyada baş verənlər qonşu ölkənin daxili işidir. Eyni zamanda o vurğulayıb ki, Astana Rusiyada baş verən hadisələri diqqətlə izləyir, çünki bu ölkə Qazaxıstanın strateji tərəfdaşıdır.
Tokayev Qazaxıstanın təhlükəsizlik qüvvələrini Rusiyada yaranmış vəziyyət fonunda öklkədə istənilən böhran vəziyyəti təhlükəsinə hazır olmağa çağırıb.