“Türklərin Kosovoya pilotsuz təyyarələr verməsindən sonra Serbiya Türkiyədən “Bayraktar” dronları almaqdan imtina edib”.
Teleqraf.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
“Türklər beynəlxalq hüquqa görə mövcud olmayan Kosovonun təhlükəsizlik qüvvələrini ciddi şəkildə silahlandırdılar. Türklər onlara tank əleyhinə raketlər, haubitsalar, “Bayraktar”lar verdilər. İndi Kosovo təhlükəsizlik qüvvələrində belə silahlar var. Bu günə kimi “Bayraktar” atmayıblar, NATO buna icazə verməyib”, - Serbiya lideri qeyd edib.
Vuçiç Serbiyanın “Bayraktar” PUA-ları almaqdan imtina etdiyini, çünki türklərin həmin silahlardan Priştinaya da verdiyini vurğulayıb.
“Onlarla əməkdaşlıq etməyəcəyik. Bu yaxınlarda Çinin CH-90 PUA-larını aldıq və almağa davam edirik. Beş aydan sonra Yaxın Şərqdə sifariş etdiyimiz 1000 kamikadze pilotsuz təyyarəni alacağıq”.