25 İyun 2023 20:18
2 661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın döyüş təyyarələrinin Suriyanın İdlib vilayətinə hücumlarında ilk təsbitlərə görə 9 mülki şəxs həlak olub, 30-u isə yaralanıb.

Teleqraf.com xəbər verir ki, Latakiyadakı Xmeymim aviabazadan qalxan 3 döyüş təyyarəsi İdlibin Cisr əş-Şuğur qəsəbəsində tərəvəz bazarına, qəsəbə mərkəzinə və Beynin kəndinə zərbələr endirib.

Türkiyə mətbuatının məlumatına görə, hücum nəticəsində 9 mülki vətəndaş həyatını itirib, 30 nəfər isə yaralanıb. Ölənlərin sayının artacağı ehtimal edilir.

Türkiyə, Rusiya və İran 2017-ci ildə Astana görüşündə Suriya rejiminin nəzarətində olmayan ərazidə 4 deeskalasiya zonası yaratmaq qərarına gəlib. Amma anlaşmaya baxmayaraq Bəşər Əsəd rejimi, İranın dəstəklədiyi terrorçu qruplaşmalar və Rusiya hücumları davam etdirərək 4 bölgədən 3-nü ələ keçirərək İdlibə doğru irəliləməyə çalışır.

Türkiyə 2018-ci ilin sentyabrında Rusiya ilə atəşkəsi gücləndirmək üçün əlavə razılaşma əldə etsə də, 2019-cu ilin mayında hücumlar yenidən artıb. Türkiyə ilə Rusiya arasında 2020-ci il martın 5-də imzalanan yeni razılaşmadan sonra atəşkəs əsasən qorunurdu.

2017-2020-ci illərdə hücumlardan qaçan 2 milyona yaxın mülki şəxs Türkiyə sərhədinə yaxın ərazilərə köç etmək məcburiyyətində qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər