26 İyun 2023 15:50
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətində ilk yaşayış məntəqəsini azad edib.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

O bildirib ki, Volnovaxa rayonunda yerləşən Rivnopol kəndi artıq Ukrayna ordusunun nəzarəti altındadır.

Ötən gün Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində əks-hücum əməliyyatına başladığını elan edib.

Rusiya Donetski 2014-cü ildə ilhaq edib və orada qondarma respublika yaradılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər