26 İyun 2023 16:23
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovanın Moskvadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Xatırladaq ki, ötən həftə Moldova Konstitusiya Məhkəməsi (KM) hökumətin müraciətini təmin edərək, müxalifət partiyası olan Şor partiyasını konstitusiyaya zidd hesab edib. Bu partiyanın legitimliyi məsələsi Nazirlər Kabineti tərəfindən 2023-cü il mayın 10-da qaldırılıb.

Kp.ru saytının yazdığına görə, Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov Şor partiyasına qoyulan qadağanı şərh edərkən deyib ki, Moldova hökuməti qonşu Ukraynanın səhvlərini təkrarlayır, növbəti anti-Rusiya ölkəsinə çevrilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər