“Bu yay Türkiyə ilə sərhədlərimizin açılacağına ümid edirik”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Türkiyə ilə dialoq üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
“Ermənistan-Türkiyə nizamlanma prosesinə gəlincə, sonuncu razılaşma ondan ibarət idi ki, turizm mövsümünün əvvəlində quru sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmalıdır. Bizim tərəf, yəni Ermənistan Marqarada müvafiq infrastrukturun qaydaya salınması istiqamətində iş aparır”, - vitse-spiker bildirib.
Rubinyan qeyd edib ki, Ermənistan bu işləri tez bir zamanda başa çatdıracaq:
“Ümid edirik ki, Türkiyə tərəfi də razılaşmaya sadiq qalacaq və bu yay bu razılaşmalar həyata keçiriləcək. Proses dalana dirənmyib, lazım gəldikdə Türkiyənin xüsusi nümayəndəsi ilə danışıram. Hazırda görüşlərlə bağlı razılaşma yoxdur. Əgər olarsa, bu barədə mütləq məlumat verəcəyik”.