26 İyun 2023 19:48
2 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda “Vaqner” Ukraynada yaxşı nəticələr əldə etdi, ən ciddi tapşırıqları yerinə yetirdi, lakin intriqalar və düşünülməmiş qərarlar nəticəsində bu bölmə iyulun 1-də fəaliyyətini dayandıracaqdı.

Bu sözləri “Vaqner” muzdlu hərbi təşkilatının sədri Yevgeni Priqojin deyib.

“Komandirlər şurası toplandı və bu məlumat döyüşçülərə çatdırıldı. Heç kim Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Müdafiə Nazirliyinə keçməyə hazır olan döyüşçülər hərbi idarə ilə müqavilə imzalayıblar, lakin bu minimum saydır, 1-2 faiz. Heç bir aqressiya nümayiş etdirməsək də, raket hücumuna məruz qaldıq və bundan dərhal sonra helikopterlər işə düşdü. “Vaqner”in 30-a yaxın döyüşçüsü öldürüldü”, - deyə o qeyd edib.

Qiyamın başlamasına səbəb kimi Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynada buraxdığı səhvlər olduğunu deyən Priqojin Şoyqu və Gerasimovun mühakimə olunmalı olduğunu bir daha vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər