8 Yanvar 2015 11:34
518

ABŞ-ın Nyu-York şəhərində minlərlə şəxs Fransanın paytaxtı Parisdə törədilmiş terror aktına etiraz edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, axşam saatlarında Manhettendə “Union Square”də soyuq havaya baxmayaraq, toplanan insanlar ingilis və fransız dilində “Mən Çarliyəm”, “Qorxmuruq” və “Biz kimik? Çarliyik” şüarlarını səsləndiriblər.

Daha sonra etirazçılar Corc Vaşinqtonun heykəlinin ətrafında hücumda həlak olanları anmaq üçün şamlar yandırıblar.

Samir


Müəllif:
loading...