28 İyun 2023 00:59
5 900
12 Punto 14 Punto 16 Punto 18 Punto

NASA-nın (ABŞ-ın Milli Kosmos Agentliyi) “Ceyms Uebb” teleskopu ilə ilk dəfə kosmosda yeni karbon birləşməsi tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə agentlikdən verilən açıqlamada deyilir.

“Metilikation (CH3+) kimi tanınan molekul daha mürəkkəb karbon əsaslı molekulların əmələ gəlməsində iştirakına görə vacibdir. Metilkation Orion nebulasında (dumanlıq) təxminən 1350 işıq ili uzaqlıqda yerləşən d203-506 kimi tanınan protoplanetar diskə malik gənc ulduz sistemində aşkar edilib”, - məlumatda bildirilir.

Fransanın Paris-Sakl Universitetindən olan elmi komandanın üzvü Mari Alin Martin karbon birləşmələrinin həm Yerdə həyatın necə inkişaf etdiyini, həm də kainatın başqa yerlərində necə inkişaf edə biləcəyini anlamağa çalışan elm adamları üçün xüsusi maraq kəsb etdiyini deyib.

“Bu tapıntı təkcə “Uebb”in inanılmaz həssaslığını yox, həm də ulduzlararası kimyada metilkationun ehtimal edilən mərkəzi önəmini təsdiqləyir”, - Martin əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər