Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə axşamı BMT-nin baş katibi Antonio Quterreş ilə telefon danışığında Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsi və Suriyaya humanitar yardımın göstərilməsini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, söhbət BMT-nin baş katibinin təşəbbüsü ilə baş tutub və o, Fidanı Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.