Şimali Koreya bir həftə müddətində Cənubi Koreya Respublikasına müdaxilə üçün xüsusi plan hazırlayıb.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Korea Joongang Daily” qəzeti xəbər verib. Yayılan xəbərdə bildirilir ki, ABŞ məsələyə qarışacağı və Cənubi Koreya ordusu güclü müqavimət göstərəcəyi təqdirdə münaqişə 15 günədək uzana bilər.
Qəzetin məlumatına görə, bu planın hazırlanmasına 2012-ci ildən başlanıb. 2013-cü ildə tam hazır olacağı güman edilən layihənin müddəti bir il daha uzadılıb və Şimali Koreya planın tam başa çatdırılması ilə əlaqədar 2014-cü ili “Birləşmək üçün böyük müharibə ili” elan edib.
Plan ABŞ-ın İraq və Əfqanıstandakı son hərbi əməliyyatlarının təhlili əsasında yaradılıb.
Samir