28 İyun 2023 11:47
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki kampaniyası çərçivəsində Ağ Evin hazırkı rəhbəri Co Baydendən 3% daha çox reytinq alır.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Hill" nəşri yazır.

"Morning Consult" sorğusunun nəticələrinə görə, amerikalıların 44%-i seçkilərdə respublikaçıya, 41%-i isə demokrat prezidentə səs verməyə hazırdır.

Araşdırmaya görə, əgər 2024-cü il prezident seçkiləri Trampın Respublikaçılar Partiyasındakı əsas rəqibi Florida qubernatoru Ron DeSantis və Bayden arasında keçərsə, o zaman sonuncu qələbəni ala biləcək. Belə ki, respondentlərin 42%-i hazırkı dövlət başçısını dəstəkləməyə hazırdır, cəmi 40%-i isə region rəhbərinin lehinə çıxış edib.

Sorğuya əsasən, Tramp və DeSantis 2024-cü ildə partiyalarının namizədliyi uğrunda mübarizə aparan Respublikaçılar Partiyasından prezidentliyə namizədlər siyahısında iki lider hesab edilir. Eyni zamanda, Ağ Evin keçmiş rəhbərinin populyarlığına ona gizli sənədlərlə bağlı ittiham irəli sürülməsi də mane olmur.

Həmçinin Bayden hələ də Demokratlar Partiyasının digər namizədlərini xeyli qabaqlayır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər