8 Yanvar 2015 12:39
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisin cənubunda Kalaşnikov avtomat silahından polisə atəş açılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində 1 qadın polis yaralanıb.

Rəsmilər hadisənin səhər yerli vaxtla 07:15 radələrində polisin baş vermiş yol qəzasını araşdıran zaman baş verdiyini bildirib. Təcavüzkarların atəş açdıqdan sonra hadisə yerindən qaçdığı qeyd edilib.

Polis hadisənin Çarli Hebdo jurnalının redaksiyasına edilən hücumla əlaqəli olub olmadığını araşdırır.

Qeyd edək ki, dünən parisdə yerləşən redaksiyaya hücum zamanı təcavüzkarlar Kalaşnikovdan açdığı atəşlə 12 nəfərin həyatına son qoyub. Ölənlərdən ikisi polis əməkdaşıdır.

Samir


Müəllif:

Oxşar xəbərlər