Son həftə ərzində İranın Sistan və Bəlucistan vilayətində ən azı 1191 nəfər külək və toz səbəbindən tibbi yardıma müraciət edib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Sistan-Bəlucistan Böhran İdarəetməsinin baş direktoru Məcid Mohibbi deyib.
Onun sözlərinə görə, bir nəfər dünyasını dəyişib.
Xəstəxanaya yerləşdirilənlərdən 1019 nəfər ambulator müalicə olunaraq evə buraxılıb, 171 nəfərin isə müalicəsi davam edir.