29 İyun 2023 19:13
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Stokholmda saxlanılan müqəddəs Quran kitabının nüsxəsinin yandırılmasına etiraz edən bir qrup iraqlı İsveçin Bağdaddakı səfirliyinin ərazisinə hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb.

Məlumata görə, İsveç diplomatik missiyasının binası yaxınlığında yüzdən çox etirazçı toplaşıb. Bir müddət əvvəl bir qrup etirazçı Bağdadın mərkəzi hissəsində yerləşən darvazasını sındıraraq İsveç səfirliyinin ərazisinə daxil ola bilib. Diplomatik missiyaya dəyə biləcək zərər barədə məlumat yoxdur.

Səfirliyin ərazisinə daxil olan şəxslər artıq oranı tərk ediblər. Etiraz piketinə qatılan digər iraqlılar da binanı tərk edirlər.

Bildirilir ki, iştirakçılar İslam ziyarətgahlarından birinin təhqir olunmasına etiraz olaraq İsveç səfirinin İraqdan çıxarılmasını tələb ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər