Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Mixail Saakaşvilinin Ukraynaya qarşı onun vətəndaşlığından məhrum edilməsinə dair iddiasını təmin etməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.
“AİHM “Saakaşvili Ukraynaya qarşı” (ərizə № 8113/18) işi üzrə qərarında yekdilliklə ərizəni qəbuledilməz elan edib”, - məhkəmədən bildirilib. Qərar qətidir.
Gürcüstanın keçmiş prezidenti iki il Ukrayna vətəndaşı olub: 2015-ci ildən 2017-ci ilə qədər. 2018-ci ildə o, Ukraynadan qovulub, lakin sonradan Ukrayna prezidenti Vladimir Zelenski ona yenidən vətəndaşlıq verib.