30 İyun 2023 08:15
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın “Persepolis” futbol klubunun baş məşqçi köməkçisi Kərim Baqiri etiraz aksiyalarına dəstək verdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, İran futbolunun tanınmış simalarından olan Kərim Baqiri yerli mediaya müsahibəsində klubla müqaviləsinin olmadığını və klubdan yeni müqavilə təklif edilmədiyini bildirib.

İrandakı son etirazlardan sonra Baqiri dəfələrlə “Instaqram”da paylaşım edərək hökuməti tənqid etmişdi.

“Bu çətin günlərdə mən və həmkarlarım xalqa aid olduğumuz üçün onların yanında olmağa borcluyuq”, - Kərim Baqiri qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər