Ukrayna Silahlı Qüvvələri (AFU) Klimovski rayonunun Novıye Yurkoviçi kəndini minaatanlardan atəşə tutub.
Teleqraf.com xəbər verir ki, bunu Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz öz Teleqram kanalında yazıb.
“Bu gün Ukrayna Silahlı Qüvvələri Klimovski rayonunun Novıye Yurkoviçi kəndini minaatanlardan atəşə tutub”.
Onun sözlərinə görə, atəş nəticəsində ölən olmayıb, iki yaşayış binasına ziyan dəyib.
"Əməliyyat xidmətləri yerində işləyir", - qubernator əlavə edib.