Kiyev meri Vitali Kliçko dolayısı ilə Ukrayna prezidenti Vladimir Zelenski və onun ofisi ilə gərginlik yaşadığını etiraf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Strana.ua" saytı Kliçkonun videosunu yayıb.
O vurğulayıb ki, düşmənçilik siyasi çəkişmələr üçün bəhanə deyil.
“Bu gün hakimiyyətin həddindən artıq mərkəzləşdirilməsi, biznesə və yerli hakimiyyət orqanlarına təzyiq göstərmək üçün hüquq-mühafizə orqanlarından istifadə edilməsi, mərkəzi orqanların məhkəmə sisteminə təsiri narahatlıq doğurur”, - Kliçko bildirib.
O əlavə edib ki, Avropa İttifaqı və NATO-ya üzv olmaq niyyətində olan dövlətin belə bir zamanda siyasi mübarizəsi, qeyri-demokratik idarə üsulları olmamalıdır.