17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarla əlaqədar Fransada fövqəladə vəziyyət elan edilə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Fransanın mənzil siyasəti üzrə nazir-deleqatı Olivye Kleyn deyib.
O bildirib ki, iğtişaşlara reaksiya üçün bütün variantlar masadadır: "Mövcud vəziyyətdən çıxmaq lazımdır və fövqəladə vəziyyət effektiv yoldursa, o zaman respublika prezidenti bunu elan edəcək”.