Ukrayna Prezidenti Vladimir Zelenski Qərargahın iclasında Belarusla sərhəddəki vəziyyətlə bağlı məruzələri dinləyib və şimal istiqamətini gücləndirməyi əmr edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Zelenski teleqramda paylaşım edib.
"Belarusdakı vəziyyətlə bağlı ayrıca hesabat...Biz bunu daim nəzarətdə saxlayırıq”, – o, yazıb.
Döyüş meydanındakı vəziyyəti şərh edən Zelenski irəliyə getməyi və əlavə artilleriya sistemləri və mərmilərlə əməliyyatları gücləndirməyi elan edib.
S-400 hava hücumundan müdafiə sisteminin daha bir divizionunun respublikada döyüş vəzifəsini yerinə yetirməsi məlum olduqdan sonra Ukrayna hakimiyyəti Belarusa xüsusi diqqət yetirdiyini bildirib.