Türkiyənin Fransadakı səfirliyi həmvətənlərinə xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, xəbərdarlığa səbəb Fransadakı zorakılıq aktları və iğtişaşlar təhlükəsidir.
"Fransada genişmiqyaslı etiraz aksiyaları və zorakılıq aktları nəzərə alaraq, Fransadakı vətəndaşlarımıza, xüsusilə də Parisə səfər edəcək vətəndaşlarımıza kütləvi aksiyaların keçirildiyi yerlərdən uzaq durmaları və yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. Hal-hazırda Fransada olan Türkiyə vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur”, - diplomatik nümayəndəlikdən bildiriblər.
Xatırladaq ki, iyunun 27-də Fransanın İl-de-Frans əyalətində, Paris ətrafındakı Nanter qəsəbəsində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisədən sonra ölkəni etiraz dalğası bürüyüb.