1 İyul 2023 11:01
3 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Rusiyanın Ukraynaya qarşı müharibəsinin qurbanlarının dəqiq sayını demək mümkün deyil. Amma Rusiya bizim ölkədən qat-qat çox itki verir”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Konkret rəqəmlər barədə danışa bilmərəm. Deyə bilərəm ki, Rusiyada daha çox itki var. Mülki əhali arasında itkilərə gəlincə, hazırda dəqiq rəqəm söyləmək mümkün deyil.

Onların (Rusiya) verdiyi məlumatın doğru olub-olmadığını bilmirik. Müharibənin sonuna qədər nə baş verdiyini bilməyəcəyik. Mariupolda nə qədər insan dəfn olunub? Bilmirik. Donbasın kəndlərində də nə qədər olduğunu bilmirik. Rusiyanın olduğu hər yerdə koruq. Amma biz onların, məsələn, Kiyevi azad edəndə nə etdiklərini artıq görmüşük. Buça, İrpen, Borodyanka. Hələ də məzarlar tapırıq”, - prezident söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər