8 Yanvar 2015 14:15
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın şimal-şərqindəki Villefrans-Sur-Saone şəhərində yerləşən məscid yaxınlığında partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yayılan məlumatlarda partlayışın restoranda törədildiyi bildirilib. Fransa mətbuatı partlayışda ölən və ya yaralanan olmadığını qeyd edib.

Polis partlayış ilə əlaqədar istintaqa başlayıb.

Qeyd edək ki, dünən paytaxt Parisdəki “Çarli Hebdo” satirik jurnalının redaksiyasına hücm olub. Əlisilahlı 3 şəxsin açdığı atəş 12 nəfərin həyatına son qoyub.

Samir


Müəllif:

Oxşar xəbərlər