1 İyul 2023 23:16
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, əgər söhbət 2022-ci ildə mövcud olan sərhədlərə qayıtmaqdan gedirsə, Ukrayna Rusiya ilə danışıqlara başlamağın əleyhinədir. 1991-ci ilə aid sərhədlər bərpa edilməlidir. Yalnız bu halda diplomatiya işə düşə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Zelenski İspaniyanın baş naziri Pedro Sançeslə birgə mətbuat konfransında deyib.

“Fevralın 24-də olan o sərhədlər bizim sərhədlərimiz deyil. Bizimlə işğalçılar arasında təmas xətti var idi. Və buna görə də biz bir daha vurğulayırıq ki, biz həqiqətən öz sərhədlərimizdə olanda Ukrayna bu və ya digər formatda diplomatiyaya hazır olacaq.”, - Zelenski vurğulayıb.

Ölkə prezidenti həmçinin vurğulayıb ki, Ukrayna Şimali Atlantika Blokuna (NATO) qoşulmaqda Rusiya ilə güzəştə getməyəcək.

“Ərzi güzəştləri olmayacaq. NATO ilə bağlı kompromislərə gəlincə, siz yenə kompromis sözünü işlədirsiniz, sonra sərhəddə kompromisdən danışırsınız. Bir dövlət üçün kompromislər çox deyilmi?”, - deyə Zelenski bildirib.

O vurğulayıb ki, NATO-nun Vilnüs sammitində Ukraynanın müharibədən sonra Ukraynanın NATO-nun bərabərhüquqlu üzvü ola biləcəyi ilə bağlı çox aydın və başa düşülən siqnala ehtiyacı var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər