2 İyul 2023 09:31
3 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 2-nə keçən gecə Rusiya ordusu “Şahed” tipli kamikadze dronları ilə Ukraynanın paytaxtı Kiyevə hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının başçısı məlumat yayıb.

Məlumata görə, düşmənin bütün hədəfləri Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Administrasiyanın rəhbəri Sergey Popko qeyd edib ki, bu, son 12 gündə paytaxta ilk hücumdur.

"Hava Hücumundan Müdafiəmizin qüvvə və vasitələri ilə Kiyev ətrafındakı hava məkanında bütün düşmən hədəfləri aşkar edilərək məhv edilib. Əla iş üçün səmamızın mühafizəçilərinə təşəkkür edirik!

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur”, - Popko bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər