Fransa Kommunist Partiyasının lideri Fabien Russel iğtişaşlar zamanı ölkədə sosial şəbəkələrin bağlanmasını təklif edib.
Teleqraf.com xəbər verir ki, o, sosial medianın rolunun araşdırılmalı olduğunu deyib.
Siyasətçi bildirib ki, ölkədə iğtişaş olanda sosial şəbəkələr bağlanmalıdır: “Mən sosial şəbəkələrə münasibətdə fövqəladə vəziyyətin tətbiqinə üstünlük verirəm”.
Qeyd edək ki, şənbə gecəsi ölkəni bürümüş növbəti iğtişaşlar dalğası zamanı 1,3 mindən çox insan saxlanılıb. Hüquq-mühafizə orqanlarının 79 əməkdaşı yaralanıb. Asayişi təmin etmək üçün hakimiyyət yüngül zirehli texnika və helikopterlərdən istifadə edir.