Fransanın baş naziri Elizabet Born iğtişaşlar zamanı hökumət rəsmilərinə hücumda iştirak edənlərin mümkün qədər sərt cəzalandırılmasını tələb edib .
Teleqraf.com xəbər verir ki, baş nazir prokurorluq və ədliyyədən bu cür hərəkətlərə yol verənlərə qarşı ən sərt yanaşmanı tələb edib.
Qeyd edək ki, Fransa polisinin 17 yaşlı əlcəzairli gənci öldürməsindən sonra ölkənin bir neçə şəhərində iğtişaşlar baş qaldırıb.