3 İyul 2023 09:35
1 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç hökuməti Stokholmun əsas məscidi yaxınlığında Quranın yandırılmasını pisləyib, onu islamofob akt adlandırıb.

Teleqraf.com AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə XİN-i bəyanat yayıb.

“İsveç hökuməti İsveçdəki nümayişlərdə fərdlər tərəfindən edilən islamofob aktlar müsəlmanlar üçün təhqiramiz ola biləcəyini tamamilə başa düşür”, - bəyanatda qeyd olunub.

“İsveç hökumətinin fikirlərini heç bir şəkildə əks etdirməyən bu hərəkətləri qətiyyətlə pisləyirik”, - XİN-dən bildirilib.

Xarici İşlər Nazirliyinin bəyanatı Səudiyyə Ərəbistanında yerləşən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 üzv ölkəsini Quranın təhqirinə qarşı hərəkətə keçməyə çağırmasından sonra verilib.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Quran yandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər