Ukrayna ordusunun Liman, Baxmut, Avdiv və Marin şəhərlərində Rusiya qoşunları ilə ilə şiddətli döyüşlər davam edir. Son sutka ərzində bu istiqamətlərdə 39 toqquşma baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Ruslar Baxmut istiqamətində Minskivka və Boqdanivka rayonlarına hücuma keçib, amma bu səyləri nəticəsiz qalıb. 10-dan çox yaşayış məntəqəsi, xüsusən də Vasyukovka və Çasiv Yar artilleriya atəşinə məruz qalıb.
Rus ordusu Avdiv şəhəri ərazisində nəticəsiz hücum əməliyyatları keçirib. Ukrayna qüvvələri Marin yaxınlığında da bütün hücumların qarşısını alıb.
Bundan əvvəl Ukraynanın “Terra” kəşfiyyat bölməsinin komandiri Nikolay Voloxov Baxmutda vəziyyətin nikbin və davamlı irəliləyişin olduğunu deyib.