3 İyul 2023 11:50
2 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şərq cəbhəsində həm hücum, həm də müdafiə əməliyyatları davam edir. Silahlı Qüvvələr Baxmut istiqamətində, rus işğalçıları isə Liman, Avdiv və Marin istiqamətlərində irəliləməyə davam edir”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Düşmən qoşunlarımızı öz mövqelərindən çıxarmağa çalışır, amma layiqli cavab alır. Hazırda şiddətli döyüşlər gedir”, - Malyar vurğulayıb.

Onun sözlərinə görə, son bir həftə ərzində azad edilmiş ərazilər 9 kvadratkilometr artıb.

Malyar cənubdakı vəziyyətdən də danışıb. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir. Ukraynalılar Novodarivka, Priyutne istiqamətlərində hücum əməliyyatları keçiriblər. Novodanilivka, Robotin, Novosilka və Staromayorskda uğurlu nəticələr var.

“Son bir həftədə bu yöndə azad edilən ərazilər 28.4 kvadratkilometr artırılıb. Ümumilikdə cənubda azad edilmiş ərazi 158.4 kvadratkilometrdir”, - Malyar vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər