3 İyul 2023 15:43
1 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xüsusi xidmət orqanları saytlarda “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin reklamını əngəlləməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, iyunun 28-dən bəri “Vaqner” rəhbərini dəstəkləyən 7 sayt bloklanıb.

“Roskomsvoboda”nın məlumatına görə, bloklanmış saytlardan birinin ön səhifəsində Priqojinin şəkli və “Dəqiq vurmalısan. Vicdanla işləməlisən” ifadəsi dərc olunub. Saytlar həmçinin “Vaqner” liderini “Rusiyanı Avropa və Amerikaya satmayacaq adam” adlandırırlar.

Bütün bu saytlar eyni materialları dərc edib, eyni tezislər üzrə işləyiblər. Sözügedən informasiya mənbələrində dərc olunan müxtəlif mətnlər seçkiqabağı kampaniyalardakı şüarlara bənzəyir. Onlardan biri belədir: “Rusiyanı xilas etmək üçün Priqojini dəstəkləməyə hazır olun. Yeni Rusiyanın yeni lideri”.

Rusiya mətbuatı saytların “Vaqner” liderinə məxsus olduğunu yazır.

Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər