“Vladimir Putini hakimiyyətdən uzaqlaşdıracaq plan işə salınıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Rusiyanın ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkib:
“Ukraynanın uğurlu əks-hücumları Kremllə ordu arasında böhranı dərinləşdirib. Bu fonda güclənən Federaal Təhlükəsizlik Xidməti (FSB) ilə Müdafiə Nazirliyi arasındakı çəkişmə isə hərbi-siyasi elitanı parçalamağa başlayıb.
“Vaqner” lideri Priqojinin qiyamından sonra Putinin dayaqları xeyli zəifləyib. Ordunun uğursuz hərbi əməliyyatları da Putinin siyasi nüfuzuna ağır zərbə vurur.
Priqojinin qiyamı Rusiya daxilində təhlükəsizliyin zəif təşklini və cəmiyyətin deyilənlərin əksinə olaraq, prezidenti dəstəkləmədiyini üzə çıxardı. Vəziyyətdən istifadə edən FSB-nin (rəhbəri Nikolay Patruşev) hakimiyyətin olimpinə doğru rəqabətdə olduğu Müdafiə Nazirliyinin rəhbərliyinə son zərbəni vuracağı istisna deyil. Bu, son zamanlarda adı Putinin yerinə keçəcəyi iddiası ilə gündəmə gələn müdafiə naziri Sergey Şoyqu üçün “bitirici zərbə” olmalıdır.
Hakimiyyətə nəzarəti əlində saxlayan FSB Müdafiə Nazirliyinin adına yazılan uğursuz döyüş əməliyyatlarından məmnundur. Çünki məğlubiyyət və ya uğursuzluq müdafiə nazirinə hakimiyyətin ən yüksək zirvəsinə qalxan yolda keçilməz maneə yaradacaq. Bu baxımdan, gedişatın Patruşevin xeyrinə olduğunu deyə bilərik.
Putinin hakimiyyəti xeyli zəifləyib, əsas dayaqları laxlayıb. Onun hakimiyyətdən uzaqlaşdırılması planının işə düşdüyü istisna deyil".